Mama-Ginekologiyanın və Perinatologiyanın Aktual Problemləri Jurnalı
Abstrakt və Məqalə qəbulu
Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Elmi Tədqiqat Mama-Ginekologiya İnstitutu və İctimai Səhiyyə və İslahatlar Mərkəzi böyük məmnuniyyətlə “Mama-Ginekologiya, Reproduktiv sağlamlıq və Qadın Sağlamlığı üzrə I Bakı Beynəlxalq Konfransı” - abstrakt və məqalələrin qəbulunu elan edir.
Tezis və Məruzələrin qiymətləndirilməsi:
- Məruzələrin tezisləri elmi komitə tərəfindən yekun proqrama əsas məruzəçidən doldurulmuş qeydiyyat forması alınmayana qədər daxil edilməyəcəkdir
- Şifahi çıxışların tezisləri, videoprezentasiyaların və stend məruzələrin tezisləri elektron jurnalda dərc olunacaqdır
- Tezislər düzgün doldurulmayan halda elmi komitə onun dərcindən imtina edə bilər
- Reklam xarakterli məlumatların (cihaz, dərman) qəbulu elmi komitə tərəfindən imtina oluna bilər
- Birinci müəllif tezislərin qəbul olunması haqqında elmi komitə tərəfindən məlumatlandırılacaqdır
- Təqdim olunan materialın proqramın hansı (şifahi və ya stend məruzə) hissəsində dərc olunması elmi komitə tərəfindən təyin olunacaqdır
- Tezislər elmi komitə tərəfindən resenziya olunur
- Dərc olunmuş məlumatların doğruluğu və etibarlılığı haqqında cavabdehliyi məlumatı təqdim edən müəlliflər daşıyır
Cavabdehlik:
- Təşkilat komitəsi şəxsi hadisələr zəminində baş vermiş işlərə, xüsusi mülkiyyətinin itirilməsi və zədələnməsinə görə məsuliyyət daşımır
- İştirakçılar konqres və digər tədbirlərdə könüllü şəkildə sığorta polisi əldə edə bilərlər
Abstrakt|Tezis və Məruzələrin təqdim edilməsi prosesi
Məruzələrin tezisləri və Abstraktların Konqres katibliyinə son təqdim etmə tarixi 01.04 2023-cü ildir
Aşağıdakı linkdə verilmiş formanı doldurub ar.sn.etmgi@gmail.com e-poçt ünvanına göndərməyiniz və ya ……. linkinə daxil olub abstrakt və ya məruzənizin tezisini onlayn göndərə bilərsiniz
Abstraktlar Konqresin elmi komitəsi tərəfindən baxılacaq və yekun qərar 10.04 2023-cü il tarixində elan ediləcəkdir. Qəbul edilmiş abstrakt və məqalələr Mama-Ginekologiyanın və Perinatologiyanın Aktual Problemləri Jurnalında və Azərbaycan Tibb Universitetinin Jurnalında dərc ediləcəkdir.
Məruzəçilərin nəzərinə
Şifahi məruzə üçün təqdim edilmiş tezislərlə yanaşı müəllifin “Curriculum vita”sı, şəxsiyyət vəsiqəsinin surəti və foto şəkil də təqdim edilməlidir.
Məruzəçilər üçün məlumat (informasiya)
Şifahi məlumatlar:
Hər məruzəçi məruzəsindən ən azı 1 saat əvvəl öz təqdimatını xüsusi baxış otağında yoxlayıb təsdiq etməlidir. Məruzə müddəti 15 dəqiqə təyin olunur.
Videoprezentasiya:
Nümayiş üçün video-təqdimat ən azı təqdimatdan 1 gün əvvəl qəbul olunur.
Stend məruzə (poster təqdimat):
Məruzəçi stend məruzədə göstərilən materialı reqlamentlə təyin olunan yerdə və vaxtda yerləşdirməlidir. Çıxış müddəti 5 dəqiqədir.
Stend/Poster məruzələrin nümayiş qaydaları:
Ölçüsü: stend məruzə 90 sm eni və 150 sm hündürlüyündən çox olmamalıdır.
Şriftin böyüklüyü məruzənin adında 25 mm hündürlüyündən və mətndə 10 mm-dən az olmamalıdır. Şəkillər, sxemlər, qrafiklər və digər vizual materiallar 1 metr məsafədən yaxşı oxunmalıdır.
Abstrakt/Tezislərin təqdim olunma qaydaları
Tezislərdə bitmiş tədqiqatların konkret nəticələri olmalıdır. Tezislərdə tədqiqatların nəticələri məruzədə veriləcək kimi ifadələr və s. işlənməməlidir.
Tezislər elektron poçt vasitəsilə elmi komitənin ünvanına təqdim olunmalıdır.
Tezislər Azərbaycan, Rus, Türk və ya İngilis dillərində yazıla bilər. Tezislər verilmiş formaya əsasən hazırlanmalıdır.
Simvolların məsləhət görülən ölçüləri: “Times New Roman”, 12. Tezislərin maksimal həçmi – 300 söz. Başlıq böyük həriflərlə qısaldılmamış şəkildə çap olunmalıdır. Başlıqdan sonrakı sətirdə müəlliflər və onların inisialları yazılır, akademik adlar və vəzifələr göstərilməyir. (məsələn. dosent, tibb elmləri namizədi və s.).
Tezislərin strukturuna “İşin məqsədi”, “Material və metodlar”, “Nəticələr” və ”Yekun” daxil olur. İşin adı və tədqiqatın məqsədi mümkün qədər qısa yazılmalıdır. “Material və metodlar”, “Nəticələr” və ”Yekun” bölməsində kifayət qədər məlumatlar yazılmalıdır ki, elmi komitə təqdim olunmuş işi qiymətləndirə bilsin.
Tezislərdə cədvəl, qrafik və şəkil yerləşdirilməsinə icazə verilmir.
Tezislərin mətnində ümumi qəbul olunmuş qısaltmalara yol verilir, lakin ilkin qısaltmadan əvvəl mətndə onun izahatını vermək lazımdır.
Klinik müşahidədən ibarət olan tezislər stend məruzə və ya videonümayiş kimi qəbul olunacaq.
Müəlliflər qabaqcadan təyin etməlidirlər ki, onlar öz materialını hansı formada təqdim etmək istəyirlər (şifahi məruzə, videotəqdimat, stend doklad və ya tezis).
Faks, WhatsApp ilə elmi komitəyə göndərilən tezis məlumatları qəbul olunmayacaq.
Abstrakt, Tezis və Məruzələr üçün prioritet mövzular
Yeniyetməlik dövrü
Anormal menstrual qanaxma
Süd vəzinin xoşxassəli xəstəlikləri
Kontrasepsiya
COVID-19 və qadın sağlamlığı
Endometrioz/Adenomioz
Endoskopik müdaxilələr
Etik məsələlər
Uşaqlıq fibromiomaları
Cinsi yolla keçən infeksiyalar
Cinsiyyət orqanlarının infeksiyaları
Genital malformasiyalar
Sidik-Cinsiyyət sisteminin pozuntuları
Ginekoloji endokrinologiya
Ginekoloji onkologiya
Yüksək riskli hamiləlik
HPV
Qadınlarda sonsuzluğun müalicəsi və önlənməsi
Menopauza
Metabolik sindrom
Mikrobiota
Mamalıqda ağırlaşmaların menecmenti
Osteoporoz
Polisistik yumurtalıq xəstəliyi
Prenatal diaqnostika
Vulva və uşaqlıq yolu xəstəlikləri
Abstrakt və Tezislərin hazırlanması üzrə Tövsiyələr
Abstraktın Başlığı
...
Müəlliflər siyahısı
Bütün müəllifləri və təmsil etdiyi tibb müəssisələrini qeyd edin. Təqdimatı edəcək müəllifi qeyd edin.
Müəllif1, Müəllif1,2, Müəllif3
1Müəssisə 1: Şöbə, Qurumun adı, Şəhər, Ölkə
2Müəssisə 1: Şöbə, Qurumun adı, Şəhər, Ölkə
3Müəssisə 1: Şöbə, Qurumun adı, Şəhər, Ölkə
Qeyd: Maksimum 250 sözdən çox olmayan strukturlaşdırılmış abstrakt təqdim edilməlidir.
Biblioqrafiya, cədvəllər və ya şəkilləri qoşma kimi əlavə edin.
Abstraktın mətni
Ümumi hissə
...
Metodlar
...
Nəticələr
...
Yekun rəy
...
Açar sözlər
Açar sözlər aşağıdakı formatda təqdim edilməlidir. Açar sözlərin sayı maksimum 3 ola bilər.
••Açar söz 1.
•• Açar söz 2.
** Açar söz 3.
İnteraktiv elementlər
Abstrakt təqdim edənlərdən oral və ya poster təqdimatlarına interaktiv elementlər əlavə etmələrinizi tövsyə edirik. Əgər interaktiv elementlər əlavə olunacaqsa, aşağıdakı qısa təsvir edin.
Təqdimat növü
Abstraktınızın təqdimatı üçün müvafiq formatı seçin (yalnız birini seçin):
10 dəqiqə - yüksək keyfiyyətli orjinal məlumatların təqdimatı və ekspert müzakirəsi
5 dəqiqə - keyfiyyətli məlumatların qısa təqdimatı və ekspert müzakirəsi
Təqdim edən müəllif sual cavab üçün hazır olmalıdır.
Qəbul olunmuş abstarktı/tezisi və ya məruzəni təqdim edəcək müəllif mütləq konqresdə iştirak üçün qeydiyyatdan keçməlidir.