QEYDİYYAT ÜÇÜN MƏLUMAT

register

Konfransın tarixi və yeri:

15 aprel 2023-ci ilin tarixində Holiday Inn Baku Oteldə keçiriləcək.

Konfransın dili:

Konfrans Azərbaycan dilindədir.

Konfransa qeydiyyat:

Qeydiyyat online olaraq 14 aprel 2023-ci il tarixinədək davam edəcək.

Konfransın adı nişanı:

Konfransda iştirak edən bütün iştirakçılara ad nişanları ( badjik )paylanacaq. Konfrans sahəsinə və elmi sessiyalara ad nişanı olmadan daxil olmağa icazə yoxdur. Ad nişanın itməsi, unudulması və s. Hallarında qeydiyyat masasına müraciət edilməlidir.

Konfransda iştirak sənədləri:

Konfransda iştirak edən bütün iştirakçılara “İştirak Sertifikatı” veriləcək.

Konfransda iştirak haqqı:

İştirakçı

100 AZN

Konfransda iştirak etmək üçün qeydiyyatdan keçin

Qeydiyyat

15 aprel 2023-cü il , saat : 09:00 - 18:00


Dəyərli Həmkarlar,


Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Mama-ginekologiya, Reproduktiv Sağlamlıq və Qadın Sağlamlığı üzrə 1-ci Bakı Beynəlxalq Konfransı”nı 15 aprel 2023-cü il tarixində Bakı şəhəri Holiday İnn otelində gerçəkləşdirəcəyimizə dair Sizi məlumatlandırmaqdan dolayı böyük məmnunluq duyuruq.

Bütün dünyada olduğu kimi ölkəmizdə də mama-ginekologiya və reproduktiv sağlamlığa olan marağın ildən ilə artdığını müşahidə edirik. Tibbin bütün sahələrində olduğu kimi mama-ginekologiya və qadın sağlamlığının mühafizəsinə, uzunömürlülüyün təmin olunmasına yönəlik müdaxilələrin sürətli inkişafını, yeni bilgilərin və texnologiyaların, innovativ terapevtik və cərrahi üsulların və metodikaların yarandığını və geniş tətbiqini fərəhlə qeyd edirik.

Konfrans və konqreslər bu dəyişikliklərin təqibi, bilik və bacarıqların paylaşılması və öyrənilməsi üçün olduqca önəmlidir. Əsas məqsədimiz ölkəmizdə mama-ginekologiya, qadın sağlamlığı və reproduktiv sağlamlıq sahələrinin inkişafına töhvə vermək, bu məsələlərlə maraqlanan məsləkdaşlarımızı bir araya gətirən bir konfrans təşkil edərək son illərdə toplanmış yenilikləri paylaşmaq və müzakirə etməkdir.

Həm sizlərin, həm də bu sahədə çalışan klinikaların, texnoloji, avadanlıq və digər təşkilatların və şirkətlərin dəstəyi ilə, 2023-cü ilin 15 aprel tarixində keçirəcəyimiz bu Konfransa sizləri dəvət edirik. Azərbaycan mütəxəssisləri ilə yanaşı Türkiyə, Böyük Britaniya, İsrail və Almaniyadan olan tanınmış ekspertlərin iştirak edəcəyi bu konfransda mama-ginekologiyanın və qadın sağlamlığının ən aktual mövzuları detallı müzakirə ediləcək, plenar çıxışlarla yanaşı gənc tədqiqatçılar və klinisistlərin, habelə rezident həkimlərin poster təqdimatları da dinləniləcəkdir.

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Mama-ginekologiya, Reproduktiv Sağlamlıq və Qadın Sağlamlığı üzrə 1-ci Bakı Beynəlxalq Konfransı”nda Sizlərlə bir arada olmağı arzulayır və gündəlik fəaliyyətinizdə hər birinizə uğurlar diləyirik.


Hörmətlə,


Professor Dr Cəmilə Qurbanova
Direktor, Səhiyyə Nazirliyi ETMGİ

Op. Dr. Natiq Məhərrəmov
Leyla Medical Center, mama-ginekoloq

Prof. Dr. Ateş Karateke
İstanbul Mədəniyyət Universiteti Tibb Fakültəsi
Qadın Xəstəlikləri və Doğum şöbəsinin müdiri

Dr. Şəmistan Alıyev
Milli Onkologiya Mərkəzinin
Onkoginekologiya şöbəsinin müdiri, cərrah-onkoginekoloq/strong>

20+

MƏRUZƏÇİ

100+

İŞTİRAKÇI

1+

GÜN

Təşkilatçılar

Sponsorlar və Tərəfdaşlar