QEYDİYYAT ÜÇÜN MƏLUMAT

register

Konfransın tarixi və yeri:

15 aprel 2023-ci ilin tarixində Holiday Inn Baku Oteldə keçiriləcək.

Konfransın dili:

Konfrans Azərbaycan dilindədir.

Konfransa qeydiyyat:

Qeydiyyat online olaraq 14 aprel 2023-ci il tarixinədək davam edəcək.

Konfransın adı nişanı:

Konfransda iştirak edən bütün iştirakçılara ad nişanları ( badjik )paylanacaq. Konfrans sahəsinə və elmi sessiyalara ad nişanı olmadan daxil olmağa icazə yoxdur. Ad nişanın itməsi, unudulması və s. Hallarında qeydiyyat masasına müraciət edilməlidir.

Konfransda iştirak sənədləri:

Konfransda iştirak edən bütün iştirakçılara “İştirak Sertifikatı” veriləcək.

Konfransda iştirak haqqı:

İştirakçı

100 AZN

Konfransda iştirak etmək üçün qeydiyyatdan keçin

Qeydiyyat

15 aprel 2023-cü il , saat : 09:00 - 18:00

...

Mama-Ginekologiyanın və Perinatologiyanın Aktual Problemləri Jurnalı

 

Abstrakt və Məqalə qəbulu

Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Elmi Tədqiqat Mama-Ginekologiya İnstitutu və İctimai Səhiyyə və İslahatlar Mərkəzi böyük məmnuniyyətlə “Mama-Ginekologiya, Reproduktiv sağlamlıq və Qadın Sağlamlığı üzrə I Bakı Beynəlxalq Konfransı” - abstrakt və məqalələrin qəbulunu elan edir.

 

Tezis və Məruzələrin qiymətləndirilməsi:

 

Cavabdehlik:

 

Abstrakt|Tezis və Məruzələrin təqdim edilməsi prosesi

Məruzələrin tezisləri və Abstraktların Konqres katibliyinə son təqdim etmə tarixi 01.04 2023-cü ildir

Aşağıdakı linkdə verilmiş formanı doldurub ar.sn.etmgi@gmail.com e-poçt ünvanına göndərməyiniz və ya ……. linkinə daxil olub abstrakt və ya məruzənizin tezisini onlayn göndərə bilərsiniz

Abstraktlar Konqresin elmi komitəsi tərəfindən baxılacaq və yekun qərar 10.04 2023-cü il tarixində elan ediləcəkdir. Qəbul edilmiş abstrakt və məqalələr Mama-Ginekologiyanın və Perinatologiyanın Aktual Problemləri Jurnalında və Azərbaycan Tibb Universitetinin Jurnalında dərc ediləcəkdir.

 

Məruzəçilərin nəzərinə

Şifahi məruzə üçün təqdim edilmiş tezislərlə yanaşı müəllifin “Curriculum vita”sı, şəxsiyyət vəsiqəsinin surəti və foto şəkil də təqdim edilməlidir.

 

Məruzəçilər üçün məlumat (informasiya)

Şifahi məlumatlar:

Hər məruzəçi məruzəsindən ən azı 1 saat əvvəl öz təqdimatını xüsusi baxış otağında yoxlayıb təsdiq etməlidir. Məruzə müddəti 15 dəqiqə təyin olunur.

Videoprezentasiya:

Nümayiş üçün video-təqdimat ən azı təqdimatdan 1 gün əvvəl qəbul olunur.

Stend məruzə (poster təqdimat):

Məruzəçi stend məruzədə göstərilən materialı reqlamentlə təyin olunan yerdə və vaxtda yerləşdirməlidir. Çıxış müddəti 5 dəqiqədir.

Stend/Poster məruzələrin nümayiş qaydaları:

Ölçüsü: stend məruzə 90 sm eni və 150 sm hündürlüyündən çox olmamalıdır.

Şriftin böyüklüyü məruzənin adında 25 mm hündürlüyündən və mətndə 10 mm-dən az olmamalıdır. Şəkillər, sxemlər, qrafiklər və digər vizual materiallar 1 metr məsafədən yaxşı oxunmalıdır.

 

Abstrakt/Tezislərin təqdim olunma qaydaları

Tezislərdə bitmiş tədqiqatların konkret nəticələri olmalıdır. Tezislərdə tədqiqatların nəticələri məruzədə veriləcək kimi ifadələr və s. işlənməməlidir.

Tezislər elektron poçt vasitəsilə elmi komitənin ünvanına təqdim olunmalıdır.

Tezislər Azərbaycan, Rus, Türk və ya İngilis dillərində yazıla bilər. Tezislər verilmiş formaya əsasən hazırlanmalıdır.

Simvolların məsləhət görülən ölçüləri: “Times New Roman”, 12. Tezislərin maksimal həçmi – 300 söz. Başlıq böyük həriflərlə qısaldılmamış şəkildə çap olunmalıdır. Başlıqdan sonrakı sətirdə müəlliflər və onların inisialları yazılır, akademik adlar və vəzifələr göstərilməyir. (məsələn. dosent, tibb elmləri namizədi və s.).

Tezislərin strukturuna “İşin məqsədi”, “Material və metodlar”, “Nəticələr” və ”Yekun” daxil olur. İşin adı və tədqiqatın məqsədi mümkün qədər qısa yazılmalıdır. “Material və metodlar”, “Nəticələr” və ”Yekun” bölməsində kifayət qədər məlumatlar yazılmalıdır ki, elmi komitə təqdim olunmuş işi qiymətləndirə bilsin.

Tezislərdə cədvəl, qrafik və şəkil yerləşdirilməsinə icazə verilmir.

Tezislərin mətnində ümumi qəbul olunmuş qısaltmalara yol verilir, lakin ilkin qısaltmadan əvvəl mətndə onun izahatını vermək lazımdır.

Klinik müşahidədən ibarət olan tezislər stend məruzə və ya videonümayiş kimi qəbul olunacaq.

Müəlliflər qabaqcadan təyin etməlidirlər ki, onlar öz materialını hansı formada təqdim etmək istəyirlər (şifahi məruzə, videotəqdimat, stend doklad və ya tezis).

Faks, WhatsApp ilə elmi komitəyə göndərilən tezis məlumatları qəbul olunmayacaq.

 

Abstrakt, Tezis və Məruzələr üçün prioritet mövzular

Yeniyetməlik dövrü

Anormal menstrual qanaxma

Süd vəzinin xoşxassəli xəstəlikləri

Kontrasepsiya

COVID-19 və qadın sağlamlığı

Endometrioz/Adenomioz

Endoskopik müdaxilələr

Etik məsələlər

Uşaqlıq fibromiomaları

Cinsi yolla keçən infeksiyalar

Cinsiyyət orqanlarının infeksiyaları

Genital malformasiyalar

Sidik-Cinsiyyət sisteminin pozuntuları

Ginekoloji endokrinologiya

Ginekoloji onkologiya

Yüksək riskli hamiləlik

HPV

Qadınlarda sonsuzluğun müalicəsi və önlənməsi

Menopauza

Metabolik sindrom

Mikrobiota

Mamalıqda ağırlaşmaların menecmenti

Osteoporoz

Polisistik yumurtalıq xəstəliyi

Prenatal diaqnostika

Vulva və uşaqlıq yolu xəstəlikləri

 

Abstrakt və Tezislərin hazırlanması üzrə Tövsiyələr

Abstraktın Başlığı

...

 

Müəlliflər siyahısı

Bütün müəllifləri və təmsil etdiyi tibb müəssisələrini qeyd edin. Təqdimatı edəcək müəllifi qeyd edin.

Müəllif1, Müəllif1,2, Müəllif3

1Müəssisə 1: Şöbə, Qurumun adı, Şəhər, Ölkə

2Müəssisə 1: Şöbə, Qurumun adı, Şəhər, Ölkə

3Müəssisə 1: Şöbə, Qurumun adı, Şəhər, Ölkə

Qeyd: Maksimum 250 sözdən çox olmayan strukturlaşdırılmış abstrakt təqdim edilməlidir.

Biblioqrafiya, cədvəllər və ya şəkilləri qoşma kimi əlavə edin.

 

Abstraktın mətni

Ümumi hissə

...

 

Metodlar

...

 

Nəticələr

...

 

Yekun rəy

...

 

Açar sözlər

Açar sözlər aşağıdakı formatda təqdim edilməlidir. Açar sözlərin sayı maksimum 3 ola bilər.

••Açar söz 1.

•• Açar söz 2.

** Açar söz 3.

 

İnteraktiv elementlər

Abstrakt təqdim edənlərdən oral və ya poster təqdimatlarına interaktiv elementlər əlavə etmələrinizi tövsyə edirik. Əgər interaktiv elementlər əlavə olunacaqsa, aşağıdakı qısa təsvir edin.

 

Təqdimat növü

Abstraktınızın təqdimatı üçün müvafiq formatı seçin (yalnız birini seçin):

10 dəqiqə - yüksək keyfiyyətli orjinal məlumatların təqdimatı və ekspert müzakirəsi

5 dəqiqə - keyfiyyətli məlumatların qısa təqdimatı və ekspert müzakirəsi

Təqdim edən müəllif sual cavab üçün hazır olmalıdır.

Qəbul olunmuş abstarktı/tezisi və ya məruzəni təqdim edəcək müəllif mütləq konqresdə iştirak üçün qeydiyyatdan keçməlidir.