QEYDİYYAT ÜÇÜN MƏLUMAT

register

Konfransın tarixi və yeri:

15 aprel 2023-ci ilin tarixində Holiday Inn Baku Oteldə keçiriləcək.

Konfransın dili:

Konfrans Azərbaycan dilindədir.

Konfransa qeydiyyat:

Qeydiyyat online olaraq 14 aprel 2023-ci il tarixinədək davam edəcək.

Konfransın adı nişanı:

Konfransda iştirak edən bütün iştirakçılara ad nişanları ( badjik )paylanacaq. Konfrans sahəsinə və elmi sessiyalara ad nişanı olmadan daxil olmağa icazə yoxdur. Ad nişanın itməsi, unudulması və s. Hallarında qeydiyyat masasına müraciət edilməlidir.

Konfransda iştirak sənədləri:

Konfransda iştirak edən bütün iştirakçılara “İştirak Sertifikatı” veriləcək.

Konfransda iştirak haqqı:

İştirakçı

100 AZN

Konfransda iştirak etmək üçün qeydiyyatdan keçin

Qeydiyyat

15 aprel 2023-cü il , saat : 09:00 - 18:00

Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Elmi Tədqiqat Mama-Ginekologiya İnstitutu və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı və Uptodate in Medicine texniki dəstəyi ilə 15 aprel 2023-cü il Bakı şəhərində keçiriləcək “Mama-Ginekologiya, Reproduktiv sağlamlıq və Qadın Sağlamlığı üzrə I Bakı Beynəlxalq Konfransı”na hər birinizi dəvət etməkdən məmnunluq duyuruq. 
Konfrans zamanı beynəlxalq və yerli ekspertlərin çıxışı zamanı bir çox vacib mövzuların müzakirəsi aparılacaqdır.
Konfrans zamanı elmi tədqiqatların nəticələrinə dair poster və şifahi təqdimatlar da təşkil ediləcəkdir.
Bütün təqdim edilmiş abstrakt və məqalələr Konfransın Elmi Komitəsi tərəfindən dəyərləndiriləcəkdir.
Qəbul edilmiş Abstraktların Toplusu nəşr olunacaq və məqalələr Mama-Ginekologiyanın və Perinatologiyanın Aktual Problemləri Jurnalında və Azərbaycan Tibb Universitetinin Jurnalında dərc ediləcəkdir.